Azərbaycanda tanınmış həkim koronavirusdan vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanda tanınmış həkim koronavirusdan vəfat etdi - FOTO

17965

Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri Mehman Ağayev vəfat edib.

Bizim.Media-nın məlumatına görə, alim COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, M.Ağayev 2010-cu ildə Azərbaycan Pespublikasının “Əməkdar Həkimi” fəxri adına layiq görülüb. 2011-ci ildən 2019-cu ilədək Səhiyyə Nazirliyinin baş nefroloqu işləyib. 

1993-cü ildə Bakı səhəri 2 saylı kliniki xəstəxanasında ixtisaslaşdırılmış Nefroloji və 2006-cı ildə Hemodializ şöbələrini açıb və onlara rəhbərlik edib.

2010-cu ildən həm də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin