Azərbaycan zəlzələ bölgəsində hansı quruculuq işlərini görür? – Kahramanmaraş valisindən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan zəlzələ bölgəsində hansı quruculuq işlərini görür? – Kahramanmaraş valisindən ÖZƏL AÇIQLAMA

179648

“Azərbaycan və Türkiyə birlikdə şəhərin inşasını həyata keçirirlər. Layihə çərçivəsində Azərbaycan tərəfindən yalnız yaşayış binaları deyil, eyni zamanda bir ibtidai təhsil, bir orta təhsil müəssisəsi və mədəniyyət mərkəzi də tikilir”.

Bu fikirləri Kahramanmaraş valisi Mükerrem Ünlüer Bizim.Media-ya özəl açıqlamasında bildirib. 

“Kahramanmaraşımızda iki ölkə arasındakı qardaşlığı daimi edəcək bir layihəni reallaşdırırıq.

Bilirsiniz ki, Kahramanmaraşın ən prestijli bölgəsi Azərbaycan məhəlləsi olaraq adlanır. İki ölkənin həmin ərazidə ortaq layihəsi var. Layihə 2200 daşınmaz əmlak, iş yeri və ofisdən ibarətdir. Bu layihəyə vətəndaşlarımız da xüsusi önəm verir. Bunun 1150-ni Azərbaycan hökuməti, 1050-ni isə Türkiyə hökuməti həyata keçirir. Simvolik olaraq, bu iki qardaş ölkə tərəfindən özəl bir layihə kimi həyata keçirilir. 

Bundan əlavə olaraq, Azərbaycanımız tərəfindən bir ibtidai təhsil, bir orta təhsil müəssisəsi və mədəniyyət mərkəzi də tikilir. Mən inanıram ki, qardaşlığımızı daimi edəcək bu əsər 2024-ci ilin sonuna kimi hazır olacaq. İndidən bunun üçün təşəkkür edirik”, - deyə şəhər valisi əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin