Əli Həsənovun telekanalı bağlandı - FOTO

Hazırda oxunan: Əli Həsənovun telekanalı bağlandı - FOTO

17956

"Xəzər" telekanalının tərkibində fəaliyyət göstərən "Dalğa TV"nin yayımı dayandırılıb.

Bizim.Media xəbər verir ki, artıq bir neçə gündür telekanal nümayiş olunmur. Bu haqda məlumatı Bakı şəhərinin bir çox sakini təsdiqləyib.

Onların fikrincə, kanalın yayımının dayandırılması baş verən texniki nasazlıqla bağlı ola bilər. Məhdudiyyətin nə vaxta kimi davam edəcəyi açıqlanmır.

İddiaya görə, hazırda problemin aradan qaldırılması üçün işlər aparılır. 

Qeyd edək ki, “Dalğa” televiziyası PA-nın sabiq şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin “Xəzər” televiziyasına rəhbərliyi dövründə yaranıb. Hamı onu “Əli Həsənovun kanalı” adlandırır.

Xatırladaq ki, televiziyanın “dalga.az” saytı da funksiyasını dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin