Ziya Gökalp dünyagörüşündə türkçülük və turançılıq...

Hazırda oxunan: Ziya Gökalp dünyagörüşündə türkçülük və turançılıq...

179550
(II Yazı)

Türk xalqlarının yurdunun hansı coğrafi ərazilərin olması, yaxud da bütün Türklər üçün tək vətən adının nə cür adlanması məsələsinə isə, Gökalp belə aydınlıq gətirmişdir:

Vatan ne Tükiyedir Türklere, ne Türkistan;

Vatan büyük ve sonsuz ülkedir: Turan!

Şübhəsiz, bir çox Türk aydınları kimi Gökalp da Turan ülküsünü də daha çox Azərbaycan türk mütəfəkkiri Əli bəy Hüseynzadədən mənimsəmişdir. Hələ, XIX əsrin sonlarında qələm aldığı bir şeirində Hüseynzadə yazırdı:

Sizlərsiz ey qövmi-macar, bizlərə ixfvan,

Əcdadımızın müştərəkən mənşəyi Turan!

Bir dindəyiz biz, həpimiz haqpərəstan;

Mümkünmü bizi ayırsın İncil ilə Quran?.

Gökalp da Hüseynzadənin bu düşüncələrinin təsiri altında Turan vətənini, Türk xalqlarının hamısını içinə alan və Türk olmayanları dışda buraxan ülküsəl yurd kimi başa düşmüşdür: “Turan, Türklərin oturduğu, Türkcənin qonuşulduğu bütün ölkələrin toplamıdır”x9d. Başqa sözlə, İslam yurdu müsəlman ulusların sevgili yurdu olduğu kimi, Turan da, türklərin ulusal yurdudur. Bu anlamda Osmanlı ya da Türkiyə də həm İslam yurdu, həm də Turan yurdudur: “Türklərin Türk yurdunu ya da Turanı özəl bir eşqlə mənimsəmələri nə kiçik İslam yurdu olan “Osmanlı ülküsü”x9dnü, nə də İslam yurdunu unudmalarını gərəkdirməz. Çünkü ulus ülküsü, dövlət ülküsü, ümmət ülküsü başqa şeylərdir və hər üçü qutsaldır”x9d.

Gördüyümüz kimi, Gökalp nə qədər termin olaraq “İslamçı Türklük”x9d ya da “Qərbçi, modern Türklük”x9ddən bəhs etsə də, əslində onun düşüncəsindəki əsil türkçülük daha çox Milli, özə əsaslanan bir Türkçülük idi. Yəni Gökalpın düşüncələrində iki cür türkçülük hiss olunurdu. Bunlardan birincisi, yalnız milli və özə əsaslanan, Gök Tanrı fəlsəfəsindən ruh alan, Turan ülküsünü hədəfləyən Türkçülük idi. Bu türkçülük daha çox romantik və utopik xarakter daşısa da, Gökalpın əsil varlığını ortaya qoyur, onun düşüncələrinin nüvəsini təşkil edirdi. Hesab edirik ki, məhz bu anlamda Gökalp Türkçülüyü yalnız qandan gələn, bir soya söykənən ideya kimi görməmiş, onu Turançılıq kimi daha geniş götürməklə düşüncəyə, milli şüura bağlamışdır. Bu, Gökalpın dar və məhdud düşüncələrdən çox uzaq olmasının, yəni böyük bir Türkçü, Turançı olmasının bariz nümunəsi idi.

Deməli, Gökalpın əsil Türkçülüyü milli və özə əsalanan türkçülük olmuşdur. O, heç bir zaman milli və özə əsaslanan Türkçülük və Turançılıqdan vaz keçməmişdir. Sadəcə, Gökalp nisbətən 1918-1920-ci illərdə və daha sonralar milli və öz əsaslanan Türkçülüyə, Turançılığa yeni Türkiyə Cümhuriyyətinin qurulması və yaşaması naminə, bir az fərqli təriflər verməyə məcbur olmuşdur. Özəlliklə, 1-ci Dünya müharibəsindən Osmanlının məğlub çıxmasının nəticəsi olaraq da, milli və özə əsaslanan Türkçülük, Turançılıq, artıq gerçəkçi və praqmatist bir formada Gökalp və digər Türk aydınlarımızda öz əksini tapmağa başlamışdır. Belə ki, özəlliklə 1920-ci illərdə Türk aydınlardan bir çoxu, o cümlədən Gökalp turançılıqdan, vahid Türk milləti düşüncəsindən uzaqlaşıb ayrı ayrı müstəqil Türk dövlətlərinin mövcudluğu ideyasını daha çox təbliğ etmişlər. Çünki Qərb sivilizasiyasının çiçəkləndiyi bir dövrdə Turançılıq ideyasının Rusiya əsarətində yaşayan bütün türklərin, o cümlədən Türkiyə türklərinin əsas hədəfÂxadlərindən biri kimi qalması çox zor görünürdü. Özəlliklə, çar Rusiyasının yerini tutan Sovet Rusiyasının Türk dövlətlərini yenidən yağmalaması, vaxtilə Ziya Gökalpın ümid etdiyi Rusiyanın dağılıb viran, Türkiyənin böyüyüb Turan olması ideyasını xeyli dərəcədə zədələmişdi.

Bu səbəbdəndir ki, xüsusilə 1923-cü ildə yazdığı “Türkçülüyün əsasları”x9d kitabında Gökalp Türkçülük (Türk Birliyi) və Turan ülküsünü yenidən dəyərləndirmişdir. Ziya Gökalp yazırdı ki, artıq Türkiyə üçün utopik türkçülük, turançılıq deyil, real olaraq Türkiyəçilik önəmlidir. Ona görə, Türkçülük-oğuzçuluq və Turancılıq isə bütün Türklərin gələcək idealları idi. Əslində bütün bunları Gökalpın Türk birliyi, Turançılıq ideyasından vaz keçməsi kimi anlaşılması qətiyyən doğru deyildir. Bütün ruhu və varlığıyla Turan ülküsünə bağlı olan Gökalp yuxarıda da yazdığımız kimi, Türkiyə Cümhuriyyətinin tək müstəqil bir dövlət olaraq mövcudluğu naminə türkçülük fikirlərində bəzi dəyişikliklər etmişdir. Ancaq onun belə bir dövrdə “Türkçülüyün əsasları”x9d (1923) kitabını yazmaqda əsas məqsədi heç də Türk Birliyindən, Turan ülküsündən vaz keçməsini ortaya qoymaq deyil, tam əksinə bir gün dünyanın şərtlərinin dəyişəcəyi təqdirdə onun gerçəkliyə çevrilə bilməsini ifadə etmək idi. Ona görə də, Gökalp bu kitabını ancaq Türkiyə türkləri üçün deyil, bütün Türk xalqlarının (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Uyğurustan, Kərkük, Hələb, Krım vəb.) ortaq proqramı kimi yazmış, Türkçülüyə xidmət edən bütün Türk aydınlarını və onların gördüyü işləri bir bir ortaya qoymuşdur.

Hesab edirik ki, Gökalp və digər Türk aydınlarının romantik turançılıqdan uzaqlaşıb gerçək türkçülüyə əsaslanmalarına baxmayaraq, bəzi əcnəbi müəlliflərin - Hondkaryan, A.Kerenski, Zarevand, Mandelştam və başqalarının panturanizm, panturkizm təhlükəsindən bəhs edən əsərlər («Türkiyənin qulluğunda», «Rus milləti üzərində diktatura», «Türkiyə. Panturanizm») yazmağa davam etmələri də bundan qaynaqlanmışdır. Onların fikrincə, Sovetlər Birliyini dağıtmaq istəyən panturançılar Turan imperiyası yaratmaq niyyətindən əl çəkməyiblər. Məsələn, Zarevand ən çox türkçülüÂxadyün ideoloqları Ə. Hüseynzadə, Z.Gökalp, Y.Akçura və Atatürkü tənqid hədəfi götürmüş və onları panutrançılıqda, pantürkizmdə ittiham etmişdir. Zarevanda görə guya, «panturanizm» ideyasını türkçülüyün ideoloqları Ə. Hüseynzadə, Z.Gökalp, Y.Akçura irəli sürmüşdür ki, çağımızın «panturanizm»ini isə Mustafa Kamal (Atatürk) həyata keçirir, çünki kamalçıların da əsas bayrağı pantürkizm, panturanizmdir.

Şübhəsiz, əcnəbi antitürk ideoloqların Türkiyəyə qarşı yönəlmiş ittihamların arxasında onu Sovetlər Birliyinə qarşı qoymaqla daha da təkləmək dayanırdı. Məhz bunun nəticəsi olaraq da Türkiyə Cumhuriyyətinin qurulmasından sonra geniş anlamdakı Türkçülük, Turançılıq fikri bir anlamda arxa plana geçirilməyə başladı və onun yerini türkiyəçilik, ulusçuluq, anadoluçuluq, ya da dövlətçilik-etatizm fikirləri tutmaya başladı. Beləcə, bir yandan Türk dili rəsmi dil elan edilmiş, tək Türk millətinin olduğuna dair hökmlər Ana Yasada yer bulsa da, digər yandan tək Türk milləti deyincə etnik deyil, siyasi millət ön görülürdü. Bu siyasi Türk millətinə isə Türk, Kürt, Laz, Çərkəz, Zaza və bütün etnoslar daxil edilirdi.

Bizcə, 1920-1930-cu illərdə türk aydınlarının və liderlərinin turanÂxadçılığa belə bir müÂxadnaÂxadsiÂxadbət göstərməsinin əsas səbəblərdən biri həmin dövrdə türk ismiylə tanınan millətlərin, o cümlədən TürkiÂxadyə türklərinin dünya müstəvisində istənilən gücə sahib olmamaları idi. Belə ki, türklərin sahib olduğu iki böyük imperiya: 1) Osmanlı İmperiyası, 2) Qacarlar dağılmış, digər türk dövlətləri isə Sovet Rusiyası tərəfindən işğal olunmuşdur. Belə bir vəziyyətdə Z.Gökalpın, M.Ə.Rəsulzadənin, AtaÂxadtürkÂxadün və başqa türk böyüklərinin turançılığı daha çox mənəvi bir ülkü-məfkurə kimi qəbul edib, gerçək-praqmatist türkçülükdən çıxış etmələri təbii idi. Bu, onların turançılıqdan imtina etmələri deyil, Atatürkün də qeyd etdiyi kimi, zamanın tələbÂxadlərinə və türk millətinin gücünə görə siyasət yürütmək idi. Bu baxımdan çağdaş Türkiyə alimi Ayvaz Gökdəmirin aşağıÂxaddakı fikirÂxadlərinə tamamilə qatılırıq ki, Z.Gökalp, Ə.HüseynÂxadzadə, Ə.AğaÂxadÂxadoğlu, Y.Akçura kimi türk milliyətçiÂxadliyinə, turanÂxadçıÂxadlıÂxadğa öncüllük və xidmət verən aydınların Türkiyənin sərhədÂxadləÂxadrinin xaricində qalan Türk elləri ilə bağlı heç bir tələbdə buluÂxadnÂxadmaÂxadmaları ağlabatan deyildir: «Burada əsəf ediləcək şey, ayÂxaddınÂxadlarÂxadın turançı olması deyil, Türkiyənin də, Türk dünyasının da yeÂxadÂxadtərli qədər güclü olmaması və qalib gələməməsidir».

Türkiyə Cumhuriyyətinin ilk dövrlərində Türkçülük və Turançılığa yeni baxışların ortaya çıxması, üstəlik qərbləşməyə meyillərin artması birmənalı qarşılanmamışdır. Xüsusilə, Qərb ziyalılarının 1923-cü ildən sonrakı Türkiyə haqqındakı fikirləri ilk baxışda Türk milləti üçün xoş təsir bağışlasa da, əslində onları zorla “Qərb”x9də yönəltmə və “Qərb”x9di daima ideal görmə istəyi var idi. Çünki vaxtilə dünyaya meydan oxuyan türklər “Qərb”x9də üz tutmaqdan başqa çarə görmürdülərsə, bu “qərblilər”x9dcə böyük bir uğur idi. Bu anlamda hərb savaşlarında əsasən türklərə yenilən Xristian-Qərb dünyasının, amma düşüncə dünyasında Türkləri yenməsi onlar üçün böyük bir qələbə idi. Halbuku vaxtilə Əli bəy Hüseynzadə yazırdı ki, bir türkün avropalaşması artıq onun türklükdən uzaqlaşması, deməkdir: «Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtədlərin tərəqÂxadqisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyilÂxaddir!». Gökalp da “Türk mədəniyyəti tarixi”x9d əsərində yazırdı ki, vaxtilə Çin mədəniyyətini mənimsəyən türklər bunun nəticəsində məhv olmaqla üzbəüz qalmış, bundan qurtulmaq üçün başqa torpaqlara köç etməli olmuşlar: “Türklər nə zaman milli kültürə önəm verməyərək yabançı kültürə önəm vermişlərsə və öz millətlərini bəyənməyib başqa millətlərin təqlidçisi və taparcasına sevəni olmuşlarsa, belə bir köç fəlakətinə uğramışlardır”x9d.

Ümumiyyətlə, Gökalpın ömrünün son illərində yazdığı əsərlər (“Türkçülüyün əsasları”x9d, “Türk törəsi”x9d, “Türk mədəniyyət tarixi”x9d vəb.) də, onun Türkçülük düşüncələrinin və Turan ülküsünün davamı kimi başa düşülməlidir. Çünki bu əsrlərin hər birində Türk millətinin fəlsəfəsi, tarixi, mədəniyyəti, törələri bir sözlə, Türkün ruhu və mahiyyəti öz əksini tapmışdır. Bu anlamda Gökalpın Türküçülk və Turançılıq fəlsəfəsi bir tamdır. İlk baxışda onun bu fəlsəfəsində müəyyən zidiyyətlər görünsə də, bütövlükdə biri o birini tamamlamaqdadır. Məsələn, Gökalp əski Türk mədəniyyətini Uzaq Şərq mədəniyyətinin tərkib hissəsi göstərib, daha sonra uzun müddət İslam mədəniyyəti çərçivəsində davam etməklə indi də Qərb mədəniyyətinə daxil olduğunu iddia etsə də, əslində bu mədəniyyət öz varlığını daima müstəqil şəkildə ifadə etmişdir. Yəni burada Gökalpın əsas yanlışı Türk mədəniyyətini digər mədəniyyətlərin çərçivəsində görməsidir. Halbuki özü də ayrıca bir Türk mədəniyyəti tarixindən bəhs edir. Belə olduğu təqdirdə, Türk mədəniyyətini Buddist, İslam və Xristian-Qərb mədəniyyətinin içində vermək qətiyyən doğru deyildir.

Bu anlamda Türkçülüyü də yalnız “İslamçı Türklük”x9d ya da “Qərbçi Türklük”x9d kimi ifadə etmək də bizə doğru yol göstərə bilməz. Zatən, Gökalpın düşüncələrinin əsasında da, heç də “İslamçı Türklük”x9d ya da “Qərbçi Türklük”x9d deyil, məhz milli və özə əsaslanan bir Türklük vardır. Bu o demək deyildir ki, bununla da biz Türklərin çoxunun müsəlman olmasını, yaxud da Qərb mədəniyyətinə bağlılığını inkar edirik. Sadəcə, Türkçülük düşüncələrimizi yeri gəldi-gəlmədi mütləq islamçılıqla qərbçiliklə bağlamağımızı doğru görmürük. Doğrudur, bu günün özündə də Türkçülük üzərində İslamçılıqla Qərbçiliyin böyük təsiri vardır. Amma bizim gedəcəyimiz yolda Türkçülüyümüz, Turan ülkümüz heç də İslamçılığın və Qərbçiliyin yedəyində olmamalıdır. Hesab edirik ki, əksinə Türkçülük yolumuzda bizlər istər İslam dinimizdən, istərsə də Qərb mədəniyyətindən faydalana bilərik. Yəni burada öncüllük Türkçülük məfkurəmiz və və Turan ülküsü olmalı, özəlliklə İslamçılıq da bizlərə bu yolda yürüməkdə əsas dayaq nöqtələrindən biri olmalıdır. Bizcə, Gökalpın da əsas hədəfi məhz bu yöndə olmuşdur. Yəni Gökalp nə qədər “İslamçı Türklük”x9d ya da “Qərbçi Türklük”x9ddən bəhs etsə də, əslində ortaya qoymaq istədiyi əsas ideal Türklüyün və Turan ülküsünün özü olmuşdur!!!

Dos., Dr. Faiq QƏZƏNFƏROÄžLU
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin