“Ölkəmizdə bu bələdiyyələr BİRLƏŞƏCƏK” – Komitə sədri 

Hazırda oxunan: “Ölkəmizdə bu bələdiyyələr BİRLƏŞƏCƏK” – Komitə sədri 

179512

“Milli Məclisə Prezident İlham Əliyevin təqdimatında bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi”nin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

Millət vəkili bildirib ki, bələdiyyələrin problemlərinin həlli ilə bağlı parlamentə iki qanun layihəsi daxil olub və artıq komitəyə təqdim olunub:

“Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ də yer alıb”.

S.Novruzov əlavə edib  ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, həm də “Bələdiyyələrin statusu haqqında”dır:
“Belə ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin