Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas axar.az-a müsahibəsində maraqlı məqamları açıb.
Bizim.Media xəbər verir ki, o, Ağdam işğaldan azad edildikdən sonra orada toy məclisi keçirdiyini bildirib.
"Demişdiniz ki, Ağdamda İradə Tuncayla yenidən toy edəcəksiniz. Necə oldu, İradə xanım yenidən evləndimi sizinlə?" sualına millət vəkili belə cavab verib:
"Əlbəttə, demişdim, elədim də. 40 illiyimizi Ağdamda, məscidin yanında 50-60 nəfərdən ibarət toy şəklində etdik. Amma içkisiz.
Toyda iştirak edənlər orada xidmət edən polis və hərbçilərimiz idi, içmək olmazdı. Amma yemək yaxşıydı. Hələ postlara da payladıq. Bircə dedim, qabları qaytarın, onlar dövlətindir (gülür)".
A.Abbas qeyd edib ki, xanımı ilə razılaşıb və köçüb Ağdamda yaşamaq üçün dövlətdən ev istəyəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:17 / 23.02.2024
Azərbaycanlı deputat 70 yaşında özünə TOY ETDİ: Onunla evləndi - FOTO
Hazırda oxunan: Azərbaycanlı deputat 70 yaşında özünə TOY ETDİ: Onunla evləndi - FOTO
Hazırda oxunan: Azərbaycanlı deputat 70 yaşında özünə TOY ETDİ: Onunla evləndi - FOTO
179505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.