Koronavirusdan dünyasını dəyişən Azərbaycanın yeganə keçəci rəssamı Rauf İsmayılov dəfn edilib.
Bu barədə Bizim.Media-ya rəssamın ailəsindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın yeganə keçəci rəssamı dünyasını dəyişdi - ÖZƏL
Sənətkar Suraxanı rayonu ərazisində yerləşən Dədə Qorqud qəbirstanlığında torpağa tapşırılıb. Rəssamla vida mərasimi keçirilməyib.
Qeyd edək ki, bir aya yaxındır Zığ Modul tipli xəstəxanada koronavirusdan mülaicə alan rəssam ötən gün günorta saatlarında dünyasını dəyişib.
Rauf İsmayılov 1957-ci ildə Mingəçevir şəhərində doğulub. Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Humay" Milli və “Sultan Məhəmməd” mükafatlarının laureatı, Azərbaycanın ilk və yeganə keçəçi-rəssamıdır.
Uzun illər İncəsənət və Qərb Universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub.
Əsərləri dünyanın ən mötəbər sərgi salonlarında, eləcə də Azərbaycanda Rüstəm Mustafayev adına muzeydə, Müasir İncəsənət Muzeyində, Xalça Muzeyində qorunur və nümayiş olunur.
Alçina Amilqızı, Bizim.Media