COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirildi – SİYAHI 

Hazırda oxunan: COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirildi – SİYAHI 

179401

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. 

Bizim.Media xəbər verir ki, Sərəncamla COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib. 

Dəyişikliklə Təşkilat Komitəsinin üzvləri sırasına Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, “Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri Gülşən Axundova əlavə edilib. 

Bundan əlavə, Təşkilat Komitəsinin üzvləri sırasından Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxarılıb. 
Siyahıya Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Elm Fondunun İcraçı direktoru Mehriban İmanova, Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” ictimai birliyinin sədri Məryəm Məcidova, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Natəvan Məmmədova, “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nigar Məmmədova, “SmartNation” platformasının təsisçisi” Şəbnəm Məmmədova, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva, Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf, Milli Məclisin deputatı Könül Nurullayeva, Bakı “Ağ Şəhər” layihəsinin baş direktoru Ruslan Sadıqov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri İnarə Vəliyeva, “Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva, Milli Məclisin deputatı Fatma Yıldırım əlavə edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin