Rusiyada yaşayan soydaşlarımıza XƏBƏRDARLIQ – “Pul köçürmələrində problem ola bilər”

Hazırda oxunan: Rusiyada yaşayan soydaşlarımıza XƏBƏRDARLIQ – “Pul köçürmələrində problem ola bilər”

179370

Xəbər verdiyimiz kimi, Rusiyanın “Contact” pul köçürmə sistemi fəaliyyətini dayandırıb. Nəzərə alaq ki, pulköçürmə sistemi Azərbaycan bankları vasitəsilə də xidməti dayandırıb. “Contact”-dan bildirilib ki, bu, ötən gün “QIWI Bank"ın lisenziyasının ləğv edilməsi ilə bağlıdır.

Qeyd edək ki, “Contact” pulköçürmə sistemi "QIWI Bank"ın məhsullarından biri idi.

Bəs, “Contact” pul köçürmə sisteminin dayandırılmasının Azərbaycanın maliyyə bazarına və Rusiyada yaşayan soydaşlarımızın iqtisadi fəaliyyətinə hansı yan təsirləri ola bilər

Bizim.Media
-nın mövzu ilə bağlı suallarına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, “Contact” pulköçürmə sisteminin dayanması  “QIWI Bank"ın lisenziyasının ləğv edilməsi ilə bağlıdır:

“Ola bilsin ki, bu pul köçürmə əməliyyatlarını digər banklar öz üzərinə götürsün. Bu sistemə sahib olan şəxslərin qərarından asılıdır. Təbii ki, istənilən qərar Rusiya hökuməti ilə razılaşdırılmalıdır.
O ki, qaldı mövcud vəziyyətin yan təsirlərinə, onu deyə bilərəm ki, Azərbaycana hər il Rusiyada yaşayan soydaşlarımız kifayət qədər böyük ölçüdə vəsait göndərirlər. Həmin pul köçürmələrin böyük hissəsi də “Contact” sistemi vasitəsi ilə həyata keçirilirdi. Ona görə də soydaşlarımız istifadə etdikləri ənənəvi pulköçürmə sisteminin ləğvi yaxşı hal deyil.

Çünki Rusiyanın elə əyalətləri var ki, orada ancaq “Contact” pul köçürmə sistemi mövcud idi. Bax, bu vəziyyətdən bəzi soydaşlarımız əziyyət çəkəcək. Amma bu qərarın Azərbaycanın maliyyə bazarına hər hansı bir yan təsiri yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin