Xəbər verdiyimiz kimi, bu gün Naxçıvanda bir qadının küçənin ortasında kişini döyməsi ilə bağlı görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında sözügedən hadisəyə maraqlı reaksiya verib:
“Naxçıvandan bir zorakılıq səhnəsini əks etdirən video paylaşıblar. Maraqlı ad tapıblar:
"Naxçıvanda qadın küçənin ortasında kişini döydü" O yerdə ki, zorakılıq, şiddət var belə bir başlıq qadın vəhşiliyinə qarşı insanlarda ciddi bir hiddət yarada bilir. Motivi nə olmasına baxmadan küçənin ortasında qadın tərəfindən bir kişiyə qarşı aşkar zorakılığın şahidi oluruq. Hətta polis də adamı qadının əlindən almaqda çətinlik çəkir.
Məncə bu cür səhnələr üçün daha fərqli başlıq seçmək olar: "Naxçıvanda bir dişi bir erkəyi yol qırağında parçalamaq istədi." Yəni məsələnin hüquqi və estetik baxımdan bir qadın və ya kişi obrazı ilə əlaqəsi yoxdur. Dişi və erkək ifadələri heyvani təbiəti daha çox göz önünə gətirir. Çünki nə qadın bu cür vəhşiliklə davranmalıdır, nə də kişi bu cür ləyaqətsiz duruma düşməlidir. İşin doğrusunu Allah və mahiyyətini isə polis bilər”, - deyə deputat yazıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:26 / 22.02.2024
Deputatdan qadının kişini küçədə döyməsinə MARAQLI REAKSİYA – “Dişi erkəyi parçalamaq istədi...”
Hazırda oxunan: Deputatdan qadının kişini küçədə döyməsinə MARAQLI REAKSİYA – “Dişi erkəyi parçalamaq istədi...”
Hazırda oxunan: Deputatdan qadının kişini küçədə döyməsinə MARAQLI REAKSİYA – “Dişi erkəyi parçalamaq istədi...”
179359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.