Naxçıvanda bir qadın küçədə kişini döyüb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən də aydın olur ki, polis əməkdaşı hadisəyə müdaxilə etməyə çalışsa da, xanımın “hirsi soyumayıb”.
Münaqişənin kişinin qadına söz atması səbəbindən baş verdiyi bildirilir.
Naxçıvan DİN-dən "report.az"a verilən açıqlamada bildirilib ki, faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media