Azad olunmuş ərazilərdə 16 yol layihəsi icra olunur, onlardan üçünün reallaşdırılması artıq bitib.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bərdə-Ağdam, Hadrud-Füzili avtomobil yoları və "Zəfər yolu" üzrə işlər artıq bitib.
"Digər layihələr üzrə işlər sürətlə gedir. Bəzi layihələrdə layihə gücü artıq 70%-i ötüb", - Saleh Məmmədov qeyd edib.
Onun sözlərinə görə, bu ilin sonu - 2025-ci ilin ortalarında qeyd olunan layihələrin 80-90%-i tamamlanacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:23 / 22.02.2024
Azad olunmuş ərazilərdə 16 yol layihəsi icra olunur
Hazırda oxunan: Azad olunmuş ərazilərdə 16 yol layihəsi icra olunur
Hazırda oxunan: Azad olunmuş ərazilərdə 16 yol layihəsi icra olunur
179322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.