Kamil Zeynallı: “Heç bir MDB ölkəsinə gedə bilmərəm” – VİDEO 

Hazırda oxunan: Kamil Zeynallı: “Heç bir MDB ölkəsinə gedə bilmərəm” – VİDEO 

179306

Xəbər verdiyimiz kimi, ötən gecə Moskvadan Bakıya qayıdarkən Domodedovo hava limanında saxlanılan məşhur fitnes məşqçi Kamil Zeynallı sərbəst buraxılıb.

Bizim.Media xəbər verir ki, Kamil Bakı vaxtı ilə saat 05:00-da Heydər Əliyev adına hava limanına endikdən sonra media nümayəndələrinin suallarını cavablandırıb.

Kamil həbsi fonunda MDB ölkələrinə girişinin məhdudlaşdırıldığını vurğulayıb:

"İnanmırdım ki, qayıdam. Heç ağlımda yox idi, sözün düzü. Məni MDB üzrə axtarışa veriblər. Bu dəqiqə mən heç bir MDB ölkəsinə daxil ola bilmərəm. Misal üçün, Özbəkistan, Qırğızıstan, Türkmənistana gedə bilmərəm. Çünki "stop"dayam. Bu da onların zəifliyidir”.

 



Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin