Nazirlər Kabineti “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin, strukturunun və işçilərinin say həddini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib.
Cəmiyyət silah istehsalının, ixracının və satışının təşkilini həyata keçirən, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirən kommersiya hüquqi şəxsdir. Cəmiyyət Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Nizamnamə ilə bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:09 / 21.02.2024
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin Nizamnaməsi və strukturu TƏSDİQLƏNİB
Hazırda oxunan: “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin Nizamnaməsi və strukturu TƏSDİQLƏNİB
Hazırda oxunan: “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin Nizamnaməsi və strukturu TƏSDİQLƏNİB
179244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.