Bakının Yasamal rayonunda yerləşən 53 saylı məktəbin 7-ci sinif şagirdinin sinif yoldaşları tərəfindən başına ağır zərbələr vurmaqla xəsarət yetirildiyi iddia olunub.
Bakı Şəhər Təhsil İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 53 nömrəli tam orta məktəbdə qısnamaya məruz qaldığı iddia olunan uşaq 2023-cü ilin sentyabrından VII sinfin şagird kontingentinə daxil olub:
“Uşaqlar arasında mübahisə yaranması ilə bağlı məsələ məktəb rəhbərliyinin nəzarətindədir.
Uşağın nənəsinin müraciətləri nəzərə alınaraq dərs ilinin əvvəlində direktorun iştirakı ilə həmin sinfin valideyn iclası da çağırılıb. İclasda sinifdə ciddi problem olmadığı və şagirdin sinfə adaptasiya baxımından çatinlik yaşadığı məlum olub. Bundan sonra şagirdə məktəb psixoloqu və müəllimlərin dəstək tədbirləri artırılıb. Sinif rəhbəri də 2023-cü ilin noyabr ayında daha təcrübəli müəllimlə əvəz edilib.
Onu da qeyd edək ki, məktəb “Məktəblinin dostu” və “Şagird davranış qaydaları” layihələrinə qoşulub. Məktəbdə sağlam təhsil mühitinin qorunması üçün hər iki layihə çərçivəsində müvafiq tədbirlər həyata keçirilməkdədir”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:43 / 21.02.2024
Bakıda şagird sinif yoldaşları tərəfindən DÖYÜLÜB? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bakıda şagird sinif yoldaşları tərəfindən DÖYÜLÜB? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bakıda şagird sinif yoldaşları tərəfindən DÖYÜLÜB? – RƏSMİ AÇIQLAMA
179212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.