Ağdamın Baş Qərvənd kəndində “ağıllı kənd” layihəsi icra olunacaq. Layihənin icrası Slovakiyalı mütəxəssislərlə birgə aparılacaq.
Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda keçirlən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdamda bir şəhər, 12 kənd, Füzulidə 1 şəhər, 10 kənd, Xocavənd, Hardrut qəsəbəsi, Tuğ və ətraf kəndlər layihələndirilərək bir qisminin artıq başlanan tikinti işləri davam etdiriləcək, digər hissəsində isə layihə işləri tamamlanacaq.
“Hazırda Ağdamda 3 kəndin inşası gedir. Bunlar Sarıcalı, Xıdırlı və Kəmgərli kəndləridir. Cari ilin sonuna kimi işlərin ikinci mərhələsinin yekunlaşdırılması nəzərdə tutulub. 2025-ci ildə isə həmin əraziyə əhalinin köçürülməsi planlaşdırılıb. Növbəti ay Ağdamda bir yaşayış məhəlləsinin də inşasına başlanılması nəzərdə tutulub. Burada təkcə yaşayış yerləri deyil, digər infrastruktur işləri də paralel davam etdirilir", - deyə Bəşir Hacıyev bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:46 / 21.02.2024
Gələn ay Ağdamda daha bir yaşayış məhəlləsinin inşasına başlanılacaq
Hazırda oxunan: Gələn ay Ağdamda daha bir yaşayış məhəlləsinin inşasına başlanılacaq
Hazırda oxunan: Gələn ay Ağdamda daha bir yaşayış məhəlləsinin inşasına başlanılacaq
179184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.