Psixiatriya Xəstəxanasında yeniyetmə nəzarətçi tərəfindən ÖLDÜRÜLÜB? – Baş Prokurorluqdan AÇIQLAMA 

Hazırda oxunan: Psixiatriya Xəstəxanasında yeniyetmə nəzarətçi tərəfindən ÖLDÜRÜLÜB? – Baş Prokurorluqdan AÇIQLAMA 

179162

1 saylı Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsinin baş verdiyi iddia olunur. 
Rauf Həsənli adlı sosial şəbəkə istifadəçisinin iddiasına görə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında nəzarətçi qadın 17 yaşlı yeniyetməni yemək yeyərkən arxadan başına yumruqla zərbə endirib. Bu zaman ət parçası onun nəfəs yoluna düşüb və yeniyetmə iki dəqiqənin içərisində boğulub ölüb. 

Məlumatı paylaşan şəxsin iddiasına görə yeniyetmənin ölümünə səbəb olan nəzarətçinin özünün psixoloji problemləri var.

Digər iddiaya görə bədbəxt olayla bağlı kamera görüntüləri var və orada əks olunan kadrlara görə yeniyetmə heç bir pis hərəkət etmir və sakit oturub yemək yeyir.  

Baş prokurorluqdan Bizim.Media-ya bildirilib ki, ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən sillə vurulması nəticəsində boğularaq ölməsi barədə Baş Prokurorluğun Mətbuat xidmətinə media nümayəndələri tərəfindən çoxsaylı sorğular daxil olub. 

Verilmiş sorğulara cavab olaraq bildirilir ki, həmin faktla bağlı hazırda Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub. 

Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin