Kürdəmirdə abonentə “SÜRPRİZ” - 100 manat borc olan yeni sayğac quraşdırıldı - VİDEO

Hazırda oxunan: Kürdəmirdə abonentə “SÜRPRİZ” - 100 manat borc olan yeni sayğac quraşdırıldı - VİDEO

179122

Yeni sayğac quraşdırılasa da, 100 manatdan çox borc yazılıb.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, Kürdəmir rayon sakinləri yeni evlərinə qaz xəttələrinin çəkilməsi üçün aidiyyətı üzrə müraciət ediblər. 

Müraciət əsasında Rayonun Şıxımlı kənd sakinləri Anar və Pərviz Şirəliyev qardaşlarının yaşadıqları ünvana yeni qaz xətti çəkilərək hər biri  ayrılıqda qaz sayğacları ilə təmin olunublar. Pərviz Şıxəliyevin sözünə görə, yanvar ayının 23-də quraşdırılan sayğacla bərabər ona borc da yazılıb.

Pərviz Şirəliyevlə yanaşı qardaşı Anar Şirəliyevin mənzilinə fervralın 15-də yeni qaz sayğacı qoraşdırılıb. Analoji vəziyyət həmin vətandaşın da başına gəlib.

Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Xəzər Xəbər"ə bildirilib ki, bu cür hadisə ilə nadir hallarda rastlaşılır. Dərhal rayon istismar sahəsinin əməkdaşları tərəfindən  sayğaclara baxış keçilirib. Yeni quraşdırılan sayğacın üzərində olan borc kimi göstərilən məbləğ sıfırlanaraq sakinlərin istifadəsinə verilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin