Fevralın birinci yarısında Elm və Təhsil Nazirliyinə 20 mindən çox müraciət DAXİL OLUB

Hazırda oxunan: Fevralın birinci yarısında Elm və Təhsil Nazirliyinə 20 mindən çox müraciət DAXİL OLUB

179079

Fevralın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 20 797 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, müraciətlərin 13 min 303-ü çağrı mərkəzləri, 3 min 758-i sosial media vasitəsilə, 1659-u elektron, 1277-si yazılı formada yönləndirilib, 800-ü isə vətəndaş qəbulu zamanı qeydə alınıb.

Müraciətlər müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi, təhsil haqqı və güzəştlər, məktəbəqədər təhsil müəssisələrinə qəbul, təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin