"Kristal Abşeron"dan açıqlama

Hazırda oxunan: "Kristal Abşeron"dan açıqlama

179034

Son günlərdə kütləvi informasiya vasitələrində Yasamal gölünün qurudulması ilə bağlı bir sıra məlumatlar yayımlanıb. Bildirmək istəyirik ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir. Yayımlanan videonun çəkildiyi ərazi gölətrafı bulvar salınması üçün ayrılmış zonadır. Yəni bu hissədə heç bir bina tikintisi nəzərdə tutulmur.

Bizim.Media xəbər verir ki, ərazidə aparılan prosesin məqsədi gölü qurutmaq yox, sadəcə gölün səth hissəsində bərkitmə işləri aparmaqdır. Bu bərkitmə işləri yekunlaşdıqdan sonra gölətrafı bulvar ərazinin salınmasına başlanılacaq. Məsələ ilə maraqlananlara layihənin ilk iki mərhələsinin baş planını təqdim edirik. 


Qeyd edək ki, bu baş plan Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən qiymətləndirilib. Layihənin tullantıların idarə olunması, texniki və içməli suya qənaət edilməsi kimi məsələlərə müsbət yöndə təsir edəcəyi qənaətinə gəlinib və icra üçün razılıq əldə edilib.


Əlavə olaraq bildirək ki, biz “Kristal Abşeron” şirkəti olaraq tikinti aparan zaman seçilmiş ərazidə yaşıllıq varsa, bu yaşıllığı landşaft elementi olaraq saxlayırıq və yeni yaşıl ərazilər salaraq ekoloji sağlam mühit yaradırıq. Gölətrafı 20 hektar bulvar ərazinin və 5 hektarlıq şamlıq parkının salınmasında da əsas məqsəd “Park Yasamal” sakinləri üçün təbiətə yaxın, ekoloji sağlam mühit təşkil etməkdir. 

İcra olunması nəzərdə tutulan layihənin render şəkilləri ilə aşağıda tanış ola bilərsiniz. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin