“Uşaq dərk etmir ki, qanunla o cəzalandırıla bilər. Bəzən elə düşünürlər ki, onlar uşaqdır deyə məsuliyyətdən kənar qalacaqlar. Maksimum valideynləri məktəbə dəvət ediləcək və məsələ bitəcək”.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova danışıb.
Onun sözlərinə görə, 16 yaşında inzibati məsuliyyət, 17 yaşında cinayət məsuliyyəti yaranır:
“Videoda qızın saçını kəsir, bu, Cinayət Məcəlləsinin maddəsidir. Təhqir edir, bu cinayət məsuliyyəti daşıyır. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunu var. Bu qanuna əsaslanaraq uşaqların bir-birinə qarşı bu cür davranışlarının qarşısının alınması ilə bağlı tədbir görüləcək. Bu cür zorakılıqların qarşısının alınması üçün qanun layihəsi hazırlanır. Hazırda aidiyyəti qurumlarla bu istiqamətdə işlər gedir. O qanun layihəsi çərçivəsində uşaqların neqativ davranışları, bullinq və cinayət məsuliyyəti yaradacaq hərəkətlərə yol verən yetkinlik yaşına çatmayan şəxslər barəsində tədbirlər görüləcək.
Baxın, orada videonu çəkən şəxs “dayan, bəsdir” deyir. Lakin çəkməyə davam edir. Onlar özləri də məsuliyyətə cəlb ediləcəklər. Hüquq-mühafizə orqanları bu məsələni araşdırır, materiallar toplanır.
Bu videoları sosial şəbəkədə paylaşan şəxslər də məsuliyyətə cəlb ediləcəklər. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən qurumlara, QHT-lərə məsələni diqqətdə saxlanmasını xahiş edirəm. Uşaqların hüquqi tərbiyəsinin artırılması istiqamətində maarifləndirici tədbirlərin görülməsi önəmlidir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:25 / 20.02.2024
Məktəblinin videosunu çəkən və yayanlar da məsuliyyətə cəlb ediləcək
Hazırda oxunan: Məktəblinin videosunu çəkən və yayanlar da məsuliyyətə cəlb ediləcək
Hazırda oxunan: Məktəblinin videosunu çəkən və yayanlar da məsuliyyətə cəlb ediləcək
179017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.