Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin iki müəllimi koronavirusdan dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı övladları həmin məktəbdə oxuyan valideynlərdən biri deyib.
Onun sözlərinə görə, vəfat edənlər İradə Tağıyeva və Lalə Kərimovadır.
Riyaziyyat müəllimi olan İradə Tağıyeva aprelin 10-da, İngilis dili fənnini tədris edən Lalə Kərimova isə dünən vəfat edib.
Lalə Kərimova xəstəxanadan yayılan son video görüntüsündə “Yaxşı olacağam” kəlməsini işlədib.
Xatırladaq ki, Lalə xanımın iki övladı qalıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:22 / 15.04.2021
20 nömrəli məktəbin 2 müəllimi koronavirusdan öldü
Hazırda oxunan: 20 nömrəli məktəbin 2 müəllimi koronavirusdan öldü
Hazırda oxunan: 20 nömrəli məktəbin 2 müəllimi koronavirusdan öldü
17899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.