Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayevin bir neçə şəxs tərəfindən döyülməsi məsələsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, TƏBİB-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iki nəfər vətəndaş tərəfindən xəstəxananın direktoru Rauf Yahyayevə qarşı insident qeydə alınıb:
“Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır. Əlavə olaraq TƏBİB tərəfindən də hadisənin baş vermə səbəbi araşdırılır”.
Bizim.Media