Ermənilərin etirafı: "Deportasiyadan etnik təmizləməyə gedən YOL"- FOTOFAKT

Hazırda oxunan: Ermənilərin etirafı: "Deportasiyadan etnik təmizləməyə gedən YOL"- FOTOFAKT

1789

Bu günlərdə sosial şəbəkələrdə "Deportasiyadan etnik təmizləməyə gedən YOL" adlı, sıravi ermənilərin etirafları üzərində qurulmuş bir sənədli film yayımlandı.

Filmdə Ermənistanın işğal etdiyi müxtəlif kəndləri gəzən bələdçi həmin kəndlərə ermənilərin necə köçüb gəldiklərini danışır, “Böyük ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, son 100-200 ildə buralarda ermənilər yaşamayıb. Eşq olsun bu torpaqları azad edən və erməniləşdirən qəhrəmanlarımıza” – deyə ironiya ilə gülümsəyir.

Daha sonra kənd sakinləri danışırlar.

** Artaşeks Barseqyan adlı sakin deyir ki, 1935-ci ilədək bu kəndin adı Türkmənli idi. Sonra ermənilər dəyişiblər.





** Arap kənd məktəbinin direktoru Mxitar Mxitaryan isə “Əvvəllər burada azəri türkləri yaşayırdı. 1915-18-ci illərdə bu kəndə Bitlisin müxtəlif kəndlərindən ermənilər köçürüldü”- deyə söhbət edir.

** Mikael Bursalyan adlı sakin atasının öz ailəsi ilə İstanbuldan Yunanıstana, oradan isə Ermənistana köçdüyündən,o vaxtlar burada türklərin yaşamasından, ermənilər gələndən sonra onları buradan qovmasından danışır.

** Volodya Simonyan adlı erməni deyir: “Andronik paşa buradan bütün türkləri qovandan sonra bu yerlər boş qaldı. Bir müddət sonra, 1928-ci ildə babalarımız bura köçdü”.



David adlı sakin isə Stalinin müdaxiləsi ilə ermənilərin xeyrinə yeganə bir addımın atıldığını – Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycana köçürüldüyünü qeyd edir.

Ən dəhşətli etirafı isə Allahverdi kənd sakini Sasun Simonyandan eşidirik:

** “Atam cibindən bıçaq çıxarıb mənə verdi. “Oğul, bu bıçağı götür, türklərlə dalaşsan, qarnına sox, içəridə fırlat, sonra çıxar”, - dedi. Mən soruşdum: “Niyə belə etməliyəm?” Atam dedi: “Həkim onu xilas edə bilməsin deyə”.

Bax, bu, erməni xislətidir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Namik Zeynalov deyir ki, əslində, bu, ermənilərin özlərinin çəkdiyi müxtəlif sənədli filmlərdən yığılıb bir yerə toplanan bir işdir.

“Biz hazırladığımız filmə Ermənistandan zorla köçürülən azərbaycanlılardan aldığımız müsahibələri və tarixi faktları əlavə etmişik. Ermənilərin danışdıqlarına baxın, bu onların əsl simasıdır, açılıb”.

Filmdə Ermənistandan qovulmuş (1988-ci ildə) Sara Sadıxzadənin söylədikləri isə ən yaxın tariximizdir.

** O, deyir: “Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə erməni milliyyətçiləri tərəfindən  genosidə və etnik təmizlənməyə məruz qalıblar. Sonuncu 1988-91-ci illərdə 185 kənddən 500000-dən çox azərbaycanlı zorla qovulub, 221 nəfər öldürülüb, 9 nəfər diri-diri yandırılıb, 29 nəfərin üzərindən avtomobillə keçərək əzib öldürüblər. 3 nəfər balta ilə doğranıb, 2 nəfər elektrik cərəyanı ilə. 1000-dək qadın, uşaq və qocaya bədən xəsarətləri yetirilib, 10000-dən çox ailənin əmlakı qarət olunub...”

Qeyd edək ki, “Deportasiyadan etnik təmizləməyə gedən YOL” filmi bu tarixi faktla başlayır:

“1 oktyabr, 1797-ci il, Rus çarının fərmanı ilə İranın erməni məlikləri və onların tabeliyində olan erməni əhalisi Rus çarlığının tabeliyinə keçir. Onları Qafqaz xətti boyunca yerləşdirmək qərarı verilir. 10 fevral, 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Rus-Fars müharibəsi bitir, bu müqavilə ilə İrəvan və Naxçıvan xanlığı tamamilə Rusiyanın tərkibinə keçir. 20 martda I Nikolay bu müqaviləni imzalayır və artıq bir gün sonra Ermənistan vilayətinin yaradılması haqda fərman verir.

Fərmanda deyilir: İranla bağlanan müqaviləyə əsasən, İrandan Rusiya tərkibinə keçən İrəvan və Naxçıvan xanlığının Ermənistan vilayəti adlandırılmasını əmr edirəm”.

Filmdə son bir əsrin müxtəlif illərində qədim Azərbaycan kəndlərinin nəinki azərbaycanlılardan təmizlənməsi, eləcə də toponimlərin erməniləşdirilməsi faktları öz əksini tapır. Mehriban, Bahar, Arazdəyən, Təkərli, Gödəkli, Bacıoğlu və s. ərazi adlarının hamısı erməni sözləri ilə əvəz eilmişdir.

Cavi Dan, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin