Siyəzəndə təmir üçün ayrılan tikinti materiallarının yararsız olması iddiasına FHN-dən CAVAB – VİDEO  

Hazırda oxunan: Siyəzəndə təmir üçün ayrılan tikinti materiallarının yararsız olması iddiasına FHN-dən CAVAB – VİDEO  

178899

Siyəzən şəhərindəki Heydər Əliyev küçəsindəki 7 və Tofiq İsmayılov küçəsindəki 47 saylı çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan sakinlər mənzillərinə yağış sularının dammasından şikayətçidirlər.

Bina sakinləri adından Tofiq İsmayılov - 47, mənzil 25 ünvanında yaşayan Amil Həşimov Bizim.Media-ya müraciət edib.

Onun sözlərinə görə, bu 2 binanın dam örtüyünü keçən il dekabr ayının 23-də Siyəzəndə baş verən güclü külək uçurub.

O vaxtdan evlərinə damdan su axdığını, bu səbəbdən otaqlarda çox acınacaqlı halın yarandığını deyən Amil Həşimov mənzillərini elektrik qızdırıcıları ilə isitməyə qorxduqlarını deyir: 

"Tok”u taxmağa qorxuruq, çünki xətlərə su dolur. Qış ayında evdə buz kimi havada yaşamaq çətindir".

Siyəzən sakini deyir ki, dam örtüyünün bərpası gecikir. Hazırda bir, bəzən də 2 usta dam örtüyünün yenilənməsi işi ilə məşğul olur. Fövqəladə Hallar Nazirliyinin dam örtüyünün bərpası üçün göndərdiyi taxtalar da nazik olduğu üçün ustalar birləşdirib mismarlayırlar ki, qalın olsun. Sakinlər qış aylarında dam örtüyünün bərpasının gecikməsindən narahat olduqlarını deyərək aidiyyatı qurumların bu işə nəzarəti gücləndirilməsini istəyirlər.

Məsələyə Siyəzən Rayon İcra Hakimiyyətindən münasibət bildirilib.

Məlumat verilib ki, Heydər Əliyev-7 və Tofiq İsmayılov -47 ünvanında yerləşən beşmərtəbəli binaların bərpasına başlanılıb, usta və digər texniki xərclər İH-nin daxili imkanları hesabına aparılır. Qurumdan FHN-nin xəttilə göndərilən taxtaların uyğunsuz olması da təsdiqlənib.

FHN-nin şimal regional mərkəzindən Bizim.Media-ya hazırda sözügedən iki binanın dam örtüyünün bərpası işlərinin aparıldığı deyilib. Göndərilən taxtaların nazik və uyğunsuz olmağına gəlincə isə qurumdan bu məsələnin araşdırılacağı bildirilib.

Mövzunu diqqətdə saxlayacağıq.
 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin