Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar.
Bizim.Media xəbər verir ki, təyinatlar TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə baş tutub.
Belə ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, İntiqam İbrahimov ixtisasca otolorinolarinqoloqdur. O, bu təyinatadək Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsini icra edib.
Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib.
Elçin Bilalov isə ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb. Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:18 / 19.02.2024
Vüqar Qurbanovdan yeni TƏYİNATLAR – FOTO
Hazırda oxunan: Vüqar Qurbanovdan yeni TƏYİNATLAR – FOTO
Hazırda oxunan: Vüqar Qurbanovdan yeni TƏYİNATLAR – FOTO
178880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.