Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı

Hazırda oxunan: Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı

17886

Zənginlik və yoxsulluğun vəziyyəti əksər hallarda varidatın mövcudluğundan, yaxud miqdarından deyil, insanın öz həyatına, həmçinin pula münasibətindən asılıdır.

Bizim.Media bildirir ki, “Praym”ın məlumatına görə, bu barədə rusiyalı psixoloq Dmitri Sinarev bəyan edib.

Onun sözlərinə görə, çox vaxt kifayət qədər firavanlıq içində yaşayan insanlar özlərini kasıb hiss edirlər.

“Onlar həyatlarından daima narazılıq hiss etdikləri üçün belədirlər, çünki özlərini davamlı olaraq daha çox şeyə sahib birisi ilə müqayisə etməyə meyllidirlər: daha gözəl bir xanım, bahalı avtomobil, prestijli vəzifə və sair arzulayırlar”.

Ekspert bu cür insanlara həyatda sahib olduqlarını qiymətləndirməyi bacarmalarını tövsiyə edir.

Psixoloqun sözlərinə görə, bir qrup insan isə özlərini təmin etmək imkanı olmasına baxmayaraq, varlana bilmir. Sinarev belələrini evində oturan “divan paxılları” adlandırıb.

O bildirib ki, belə insanlar qiymətləndirilməmələrindən şikayətlənir və gizli potensiallarından danışır, amma vəziyyəti düzəltmək üçün heç vaxt ağıllı sözlərdən işə, qurban obrazından aktiv həyat mövqeyinə keçmirlər.

Bu cür insanlar xəyal qurmağa meyllidirlər, ancaq həsəd aparmağı bacarırlar,  vaxtlarının çoxunu isə sosial şəbəkələrdə, ya da televizor qarşısında keçirirlər.

Mütəxəssis pulu enerjinin maddi təcəssümü adlandırır, çünki insan onu öz həyatına sərf edir.

“Bəzən bir insan yaxşı bir komandada olduğundan az maaşlı bir işdə qalır. Kollektivdəki atmosfer onun üçün daha vacibdirsə, qalması yaxşıdır. Ancaq məqsəd pul qazanmaqdırsa, başqa daha gəlirli, yaxud prestijli bir yerə gedilməlidir. Hər yerdə hər şey tapmaq olar”, - deyə psixoloq vurğulayıb. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin