18 fevral 2024-cü il tarixində Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.
Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
İmtahanın keçirilməsi üçün 2 bina, 4 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 31 nəzarətçi, 4 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
İmtahanın nəticələri “Danışıq bloku” imtahanı keçiriləndən sonra 2 həftə ərzində elan olunacaq. Xatırladaq ki, imtahanda iştirak etmək üçün 309 iddiaçı qeydiyyatdan keçmişdi. Onlardan 302 nəfər ingilis dili, 3 nəfər fransız dili, 4 nəfər isə alman dili üzrə imtahan verəcəkdi.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı fevralın 19-da, danışıq bloku imtahanı isə martın 4-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:53 / 18.02.2024
Üç yüzdən çox iddiaçı xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verdi
Hazırda oxunan: Üç yüzdən çox iddiaçı xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verdi
Hazırda oxunan: Üç yüzdən çox iddiaçı xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verdi
178747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.