Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək: XƏBƏRDARLIQ

Hazırda oxunan: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək: XƏBƏRDARLIQ

178729
Mayın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.xa0

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 14-16° isti, gündüz xa021-26° isti, Bakıda gecə xa014-16° isti, gündüz xa023-25° isti olacağı gözlənilir.

Atmosfer xa0təzyiqi xa0760 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət xa0gecə 75-85 %, gündüz 60-70% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 20-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, 21-də arabir güclənən xəzri küləyi bəzi insanlarda narahatlılıq hissi yarada bilər.xa0

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz xa025-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.xa0

Mayın 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin