“Şəhid anası hansısa qurumda növbə gözləməməlidir, ordeni ilə tanınmalıdır” - AQİL ABBAS

Hazırda oxunan: “Şəhid anası hansısa qurumda növbə gözləməməlidir, ordeni ilə tanınmalıdır” - AQİL ABBAS

17858

Aramızda bir şəhid anası olanda onu medalından tanıyaq, əlindən öpək, hərbi salam verək, təşəkkür edək, baş əyək. Orden bundan ötrü lazımdır.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Aqil Abbasov söyləyib.

“Şəhid analarına “Şəhid anası” ordeninin  verilməsi fikrini 10-15 gün əvvəl Xalq yazıçısı Çingiz Abdullayev səsləndirmişdi. Mən də bu ideyanı dəstəkləyirəm. Biz bu ordenin verilməsi işini tezləşdirməliyik, çünki ermənilər ideyanı bizdən oğurlayacaqlar. Birincisi Müdafiə Nazirliyi, yerli icra hakimiyyətləri  bu mövzu ilə bağlı təklif irəli sürə bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

“Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək” - Aqil Abbas


Cənab prezident İlham Əliyev də bununla bağlı sərəncam verərsə, proses tez icra olunar. Şəhid anası hansısa qurumda növbə gözləməməlidir.

Onu ordeni ilə tanımalıdırlar. Analar var ki, iki-üç oğlunu II Qarabağ savaşında  şəhid verib. Biz niyə belə anaları tanımayaq? Onları görəndə ehtiram etməliyik, düşünməliyik ki, aramızda 44 günlük Zəfərimizə imza atan qəhrəmanlarımızın anası var” - deyə o, qeyd edib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin