DTX bu klubun futbolçularını sorğu-sual ETDİ  

Hazırda oxunan: DTX bu klubun futbolçularını sorğu-sual ETDİ  

178467

Azərbaycan futbolunda oyun alğı-satqı məsələsi gündəmdən düşmür. 

Bizim.Media “offsideplus.az”a istinadən xəbər verir ki, daha bir klub bu məsələdə şübhəli bilinir.

Söhbət "İrəvan"dan gedir. Qərbi Azərbaycan təmsilçisinin 7 üzvü dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. Onlar Azərbaycan Kubokunun 1/8 finalında "Araz-Naxçıvan"la (2:8) oyunun nəticəsinə görə dindiriliblər. 

Bu məlumatı saytımıza açıqlamasında "İrəvan"ın prezidenti Zahid Niyazəliyev də təsdiqlədi: 

"Dünən futbolçuları bu məsələ ilə bağlı dindirilib. Oyunçular "Araz-Naxçıvan"la kubok matçına görə sorğu-sual edilib. Məsələ ilə bağlı araşdırma davam edir". 
"İrəvan"ın prezidenti Zahid Niyazəliyevin geniş müsahibəsini sabah saytımızdan oxuya bilərsiniz. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin