Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”x9ddə dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən 6-cı hissədə “(1 il)”x9d sözləri “(6 ay)”x9d sözləri ilə əvəz edilir.
6-cı hissədə deyilir: "Dövlət qulluqçularının kollektiv mükafatlandırılması staj müddəti (1 il) başa çatmamış olan qulluqçuya (stajçıya) şamil olunmur".
Eyni zamanda fərmanda qeyd olunur ki, 10-cu hissədə isə “attestasiya komissiyasının tövsiyəsi”x9d sözləri “xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi”x9d sözləri ilə əvəz edilsin.

































































































