İki həftəlik fasilədən sonra yağıntısız keçən hava şimal bölgəsində bu gündən dəyişib.
Bizim.Media xəbər verir ki, əsasən günəşli və bəzən dumanlı havanı bu gün səhərdən qar əvəz edib.
Hazırda Qusar və Quba şəhərlərində qar yağmağa başlayıb. Quba Ərazi Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, hələlik bölgədə yağışlı hava müşahidə edilir, bəzi ərazilərə isə qar yağır.
Hələlik yerdə qar qalmır. Sulu qar yağmağa davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu