Rəssam Bayram Əlioğlu Qarabağın əsas nəqliyyat infrastrukturlarından olacaq Bərdə-Ağdam-Xankəndi dəmir yolunun maketini hazırlayır.
Bizim.Media xəbər verir ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan müəllif hər zaman torpaqlarımızın azad olunacağı arzusu ilə yaşadığını bildirib.
Rəssamın sözlərinə görə, onda miniatür maket hazırlamaq həvəsi 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra yaranıb.
“Bunu işğaldan azad olunan ərazilərimizdə sərgiləmək istəyirəm”, - deyə o əlavə edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media