Azərbaycanda mağazalarda açıq-aşkar marixuananı təbliğ edən geyimlər satılır. Xüsusən də 3-14 yaşlı uşaqlar üçün özünü dərketmə dövründə belə geyimlərin daha çox satıldığını görmək mümkündür.
Bu geyimlər “Instagram” üzərindən də satılmaqdadır.
Bizim.Media xəbər verir ki, “Sputnik Azərbaycan” həmin geyimlərin açıq-aşkar satıldığı mağazalarla əlaqə saxlayıb.
Adlarının çəkilməsini istəməyən mağaza satıcıları bu geyimlərin nəyi təbliğ etdiyindən xəbərdar olsalar da, “dəbdir” deyirlər.
Bakıdakı firma mağazalarından birinin satıcısı isə deyir ki, geyimin üzərində marixuananın təsvirinin olub-olmaması elə bir əhəmiyyət daşımır, onlar sadəcə bu geyimin satılmasında maraqlıdırlar.
Mazağa satıcıları bu geyimlərin Türkiyədən gətirildiyini və çox satıldığını, hətta artıq sayının azaldığını deyirlər. Bu isə o deməkdir ki, bir çox hallarda valideynlərin diqqətsizliyi, məlumatsızlığı gələcəkdə ailələrdə özünü göstərəcək.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında vurğulayıb ki, bu gün bütün dünya marixuana ilə mübarizə aparsa da, ondan külli miqdarda pul qazanan ölkələr də var:
“Geyimlərin üzərində belə təsvirlərin olması isə çox az yaşdan insanların beyinlərini yuyaraq gələcəkdə buna meyilləndirməyi hədəfləyib. Vaxtilə siqaret formasında saqqızlar satılırdı.
Burada da məqsəd uşaqları siqaretə alışdırmaq, onu təbliğ etmək idi. Təəssüflər olsun ki, mövcud qanunlar bu kimi halları qadağan etmir. Bu kimi halların qadağası üçün dövlət qurumları da fəal iş aparmır. İstehlakçı hüquqları arxa plana keçib, biznes qurumları isə nə istəsə, edə bilirlər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:18 / 14.04.2021
SOS: Bakıda əxlaqsızlığı və narkotiki təbliğ edən uşaq geyimləri satılır - FOTO
Hazırda oxunan: SOS: Bakıda əxlaqsızlığı və narkotiki təbliğ edən uşaq geyimləri satılır - FOTO
Hazırda oxunan: SOS: Bakıda əxlaqsızlığı və narkotiki təbliğ edən uşaq geyimləri satılır - FOTO
17834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.