"ABB-nin xarici borc öhdəliklərini dövlətin üzərinə götürməsi fəsadlar yaradacaq"

Hazırda oxunan: "ABB-nin xarici borc öhdəliklərini dövlətin üzərinə götürməsi fəsadlar yaradacaq"

178336
Nyu-York məhkəməsinin ABB ilə bağlı qərarı valyuta bazarına təzyiqi artıra, manatı zəiflədə bilər.
Nyu-York məhkəməsi "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin müraciətini təmin edərək bu maliyyə qurumunun aktivlərinin ABŞ-dakı xarici kreditorların iddia tələblərindən qorunması barədə qərar qəbul edib. Burda başlıca məqsəd ABB-nin ABŞ-dakı xarici öhdəliklərinin restrukturizasiya prosesinin tanınmasına və kreditorlar tərəfindən iddia tələblərinin qarşısının alınmasına nail olmaqdır. Məlum qərardan sonra ABB-nin xarici kreditorlar öhdəliklərinin könüllü restrukturizasiyası prosesində bankın aktivləri ilə bağlı tələblərini irəli sürə bilməyəcəklər. Bundan sonra da davam edəcək restrukturizasiya planı üzrə ABB-nin bir sıra xarici maliyə institutlarından xarici valyutada cəlb etdiyi borclar dövlətin öhdəliklərinə daxil ediləcək.xa0
Məlumat üçün qeyd edim ki, indiyə qədər Azərbaycan dövləti ABB-nin 9,93 milyard manat dəyərində toksik aktivlərini alıb, bankda 1,3 milyard dollarlıq və 70 milyon manatlıq depozit yerləşdirib, nizamnamə fondunun artırılması üçün banka 600 milyon manat vəsait ayırıb. Hələ bundan sonra da dövlət ABB-nin 3,3 milyard dollarlıq xarici borc öhdəliklərini üzərinə götürəcək. Fikrimcə, ABB-nin xarici borc öhdəliklərinin dövlətin üzərinə götürməsi aşağıdakı fəsadlar yaradacaq.

Birincisi, bu fakt ümumilikdə milli iqtisadiyyatın durumuna pis təsir göstərək.
İkincisi, bu qərar valyuta bazarına təzyiqi artıracaq və manatın məzənnəsinin zəifləməsi üçün ciddi əsaslar yaradacaq.xa0
Üçüncüsü, baş verənlər Azərbaycana investisiya qoyuluşunun və kredit əldə edilməsinin riskini yüksəldəcək, xüsusən də özəl mülkiyyətdə olan bank, sığorta və digər maliyyə institutlarının xaricdən valyuta ilə ucuz və uzunmüddətli sərmayə cəlb olunmasını çətinləşdirəcək.xa0
Dördüncüsü, bir qrup tərəfindən mənimsənilmiş vəsaitə görə yaranmış borcun vergi ödəyiciləri və ya neft gəlirləri hesabına ödənilməsi dövlət maliyyəsinin səmərəsizliyini artıracaq.xa0
Nəhayət, gedən proseslər indiki şərtlərlə özəlləşdirməyə hazırlanan ABB-nın gələcək sahiblərini indidən məlum edir və bank bazarında inhisarçılığı daha da gücləndirəcək.

Qubad İbadoğlu, tanınmış iqtisadçı alim, ADR Hərəkatının lideri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin