Wallet One artıq Azərbaycanda!

Hazırda oxunan: Wallet One artıq Azərbaycanda!

178317
“Wallet One”x9d beynəlxalq ödəniş sisteminin çox valyutalı “vahid cüzdanı”x9d Azərbaycanda istifadəyə verildi.

Özündə müxtəlif ödəniş sistemlərinin imkanlarını, həmçinin ani pul köçürmələri sistemlərinin funksiyalarını birləşdirən Wallet One “vahid cüzdanı”x9d artıq Azərbaycan istifadəçilərinə təqdim olundu.

Wallet One cüzdanı həmin sistem daxilində cüzdandan cüzdana köçürmələr, həmçinin kommunal xidmətlərin, internet, telefon, onlayn oyun və bir çox digər xidmətlərin haqqının ani ödənilməsinə imkan yaradır. Hazırda, Azərbaycanda 50-dən çox yerli provayderlərinin xidmət haqqının Wallet One ilə ödənişi mümkündür.

Azərbaycanda Wallet One “vahid cüzdan”x9d istifdəçiləri üçün balansın artırılması və cüzdandan cüzdana pul köçürmələri sistem daxilidə pulsuzdur. Həmin köçürməni həyata keçirmək üçün istənilən məbləği alacaq şəxsin sadəcə mobil telefon nömrəsini bilmək kifayətdir.

“Vahid cüzdan”x9d-ı yaratmaq üçün www.walletone.az rəsmi saytında qeydiyyatdan keçmək lazımdır. Bundan əlavə olaraq, istifadəçilərin tam rahatlığı üçün iOS və Android mobil platformaları üçün "vahid cüzdan"-ın pulsuz mobil proqramını yükləyib Wallet One-dan istifadə etmək mümkündür.

“Vahid cüzdan”x9ddakı balansa MasterCard və Visa bank kartları ilə, həmçinin E-Manat terminalları vasitəsilə pul yükləmək olar. Gələcəkdə istifadə imkanlarını artırmaq üçün terminallar şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. “Vahid cüzdan”x9da üzrə 6-dək bank kartı “bağlamaq”x9d və bununla da, balansı artırmaq üçün kart seçimini genişləndirmək olar. Cüzdandan Visa və MasterCard bank kartlarına köçürmə yolu ilə pulu çıxarmaq mümkündür.

Wallet One-nın Azərbaycandakı bütün istifadəçiləri üçün 2017-ci ilin sonunadək valyuta mübadiləsi, xaricə pul köçürmələri və xarici mağazalarda xidmətlərin ödənişi imkanı əlavə olunacaq. Yaxın gələcəkdə isə cüzdanın unikal “Cash by Code”x9d (kod ilə nəğd pulun göndərilməsi və ya çıxarılması) üslubu ilə bankomatlardan və ya bank filiallarında pulun göndərilməsi və ya çıxarılması mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin