2 qadın güləşçimiz Avropa çempionatında final görüşünə çıxacaq

Hazırda oxunan: 2 qadın güləşçimiz Avropa çempionatında final görüşünə çıxacaq

178271

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün qadın güləşçilər döşək üzərinə çıxacaqlar.

Jalə Əliyeva (57 kq) və Elis Manolova (65 kq) təsnifatda müvafiq olaraq Erika Boqnar (Macarıstan) və Nikoleta Barmpa (Yunanıstan) ilə üz-üzə gələcəklər. Birgül Soltanovanın (62 kq) 1/8 finaldakı rəqibi isə Qreys Yakob Bullen (Norveç) olacaq.

Mariya Stadniklə (50 kq) Alyona Kolesnik (59 kq) isə final görüşünə çıxacaqlar. Stadnik karyerasında 10-cu, Kolesnik isə ilk Avropa çempionluğunu qazanmağa çalışacaq. Onlar həlledici dueldə müvafiq olaraq Evin Demirhan (Türkiyə) və Alina Filipoviçi (Ukrayna) sınağa çəkəcəklər.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutublar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin