Türk Dünyası Məşğulluq Forumu ilə bağlı müzakirələr aparılıb - FOTO

Hazırda oxunan: Türk Dünyası Məşğulluq Forumu ilə bağlı müzakirələr aparılıb - FOTO

178219

Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) nümayəndə heyəti Bakıda səfərdədir.

Dövlət Məşğulluq Agentliyindən Bizim.Media-ya bildirilib ki, səfərin məqsədi bu il keçirilməsi nəzərdə tutulan Türk Dünyası Məşğulluq Forumu ilə bağlı müzakirələrin aparılmasıdır.

Səfər çərçivəsində nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində olub və müxtəlif struktur bölmələrlə görüşlər keçirilib.

Qonaqlara agentliyin fəaliyyəti, cari il üzrə planlaşdırılan işlər və hədəflər barədə məlumat verilib, dostluq və əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Daha sonra Türk Dünyası Məşğulluq Forumunun gündəliyi, panellər və tədbirdə müzakirə ediləcək mövzularla bağlı fikir mübadiləsi aparılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin