Hava Limanı-Mərdəkan-Zağulba yolunda yerüstü piyada keçidi TİKİLİR - FOTO

Hazırda oxunan: Hava Limanı-Mərdəkan-Zağulba yolunda yerüstü piyada keçidi TİKİLİR - FOTO

178211

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci kilometrində yeni piyada keçidinin inşasına start verilib.

Agentlikdən Bizim.Media-ya bildirilib ki, layihə üzrə keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3,50 metr, qalereyasının eni 4,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 6,80 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.

Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır.

İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin aparılması da nəzərdə tutulub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin