"Onların alnına “agent”x9d sözü yazılsa, bu, onları sevindirər"

Hazırda oxunan: "Onların alnına “agent”x9d sözü yazılsa, bu, onları sevindirər"

178186
“MTN işi”x9d ilə bağlı baş verən proseslər fonunda son günlər bəzi agentlərin adının ictimaiyyətə açıqlanması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi vətəndaşlar hesab edir ki, dövlət quurmu ilə əməkdaşlıq edən agentlərin adının bu şəkildə xa0açıqlanması gələcəkdə insanları xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqdan çəkindirə bilər.xa0

Maraqlıdır, bu gün baş verənlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda maraqlı olan insanlar üçün çəkindiricu təsiri ola bilərmi?

Məsələ ilə bağlı Moderator.az - a açıqlama verən hüquqşünas Əyyub Kərimov bu ehtimalı əsassız hesab etdiyini vurğuladı:

“Belə götürəndə bütün hallarda xüsusi xidmət orqanları ilə əməkdaşlıq gün gəlir ki, müəyyən xətlərdə ifşa olunur. Dünya kəşfiyyatları tərəfindən də kimin-kim olduğu üzə çıxarılır və bundan sonra həmin şəxs agent siyahısından çıxarılır və ya onunla bağlı digər addımlar atılır. Elə hallar olur ki, həmin qurumun özü bəzi məsələləri açmalı olur.xa0
Indiki halda istintaq gedir. Həbs edilən şəxslərə verilən ittihamın kökündə duran məsələlərdən biri də agentliyə dəvət edilən şəxslərə ödənilməsi nəzərdə tutulan pulların aidiyyatı üzrə xərclənməməsidir. Bu ittiham verilirsə, o zaman kimlərə nə qədər pul verildiyi dəqiqləşdirlməlidir. Lakin baş verənlər gələcəkdə kimlərisə agentliyə cəlb etməkdə heç bir problem yaratmayacaq. Azərbaycanda ayda yox, ildə bir dəfə qəzet nəşr edən yüzləlrə qəzet redaktoru tapmaq mümkündür ki, onlar bu cür əməkdaşlığa razıdırlar. Onlar hətta adlarının açıqlanmasına belə etiraz etməzlər. İstədikləri isə bu olacaq ki, təki pul ayrılsın və qəzet buraxsınlar. Onların alnına “agent”x9d sözü yazılsa, bu, onları sevindirər. Bəlkə hələ deyərlər ki, bu sözü qırmızı ilə boyayın, yaxşı görünsün”x9d.

Seymur Əliyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin