Nazirlər Kabinetində “Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nda dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, attestasiyanın keçirilməsinin formasından asılı olmayaraq vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilməli və ya təqdim edilməlidir.
Attestasiya müsahibə, yazılı və ya test imtahanı formasında keçirilə bilər. Test üsulundan istifadə edilməklə keçirilən attestasiya xüsusi proqram təminatı vasitəsilə təşkil ediləcək.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:58 / 13.02.2024
"Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası” DƏYİŞDİ
Hazırda oxunan: "Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası” DƏYİŞDİ
Hazırda oxunan: "Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası” DƏYİŞDİ
177992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.