"Niyaməddin Musayev xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib".
Bizim.Media-nın məlumatına görə, bu barədə Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə məlumat yayıb.
"30 illik sənət dostum, sənətkar, həqiqi insan, əsl dost Niyaməddin Musayev COVID-19-a xəstəliyi ilə bağlı 5 gündür ki, Mərkəzi Neftçilər Xəstəxanasına ağır formada yerləş̧dirilib.
Çox şükür, göydə Allahın, yerdə həkimlərin köməyi ilə Niyaməddin Musayev dünəndən özünü yaxşı hiss etməyə başlayıb".
Xatırladaq ki, bir neçə gün öncə Xalq artisti Niyaməddin Musayev COVID-19-a yoluxduğu üçün xəstəxanaya yerləşdirilmişdi.
Bizim.Media