Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə və bəzi xəbər portallarında “77-ES-777” dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin xanım sürücüsünün maşını 200 km/saat sürətlə idarə etməsi barədə videomaterial paylaşılıb.
Məsələ ilə bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. İdarənin əməkdaşı Elvin Hacıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar:
MÖVZU İLƏ BAĞLI:
Xanım sürücü "Range Rover"i 200-lə sürüb özünü videoya çəkdi - VİDEO
“Məsələ ilə bağlı müvafiq araşdırma gedir”.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov sürücünü hansı cəzanın gözlədiyi ilə bağlı məsələyə aydınlıq gətirib:
“İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, həmin sürücünü 300 manat cərimə gözləyir. Bundan əlavə, sürücü 4 cərimə balı da ala bilər”.
Qeyd edək ki, sözügedən məlumatı ilk olaraq, “avtosfer.az” saytı yayıb.
Surxay Atakişiyev, Bizim.Media