2023-cü il ərzində yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilməsi geniş yayılıb. Qeyd edək ki, ad həm də milli pasportumuzdur. Son illərdə valideynlər dilimizə yad olan adların qoyulmasında israrçı olurlar. Uşaqlar arasında Jasmin, Sofiya, Adelina, Melisa kimi adlara tez-tez rast gəlirik.
Maraqlıdır, milli adlardan niyə qaçırıq?
Millət vəkili, filoloq Aqil Abbas Bizim.Media-ya bildirib ki, bunun səbəbini xarici seriallarda görür:
MÖVZU İLƏ BAĞLI:
Allahverdi Yolçuyev: “Aktyor avtobusda basabasda gedib, kral rolunu oynaya bilməz” – MÜSAHİBƏ
“Valideynlər seriallara baxırlar, hansısa qəhrəman xoşlarına gəlirsə, onun adını uşaqlarına qoyurlar. Serialları çıxarana Allah lənət eləsin. Hər bir halda uşağa milli türk adları qoyulmalıdır. Təbii ki, inzibati qaydada valideynlərə təsir etmək mümkün deyil, yalnız maarifləndirmək lazımdır.
Məsələn, mən uşağımın adını Yevdakida qoymaq istəyirəmsə, buna kim mane ola bilər?! Hər kəs ad seçməkdə azaddır. Sadəcə olaraq istəməzdik ki, belə olsun”.
Nuranə Daxilqızı, Bizim.Media