Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumatına görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.
Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə Abşeron yarımadasına daxil olub.
Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:07 / 13.02.2024
Dumanlı hava BU TARİXƏDƏK davam edəcək
Hazırda oxunan: Dumanlı hava BU TARİXƏDƏK davam edəcək
Hazırda oxunan: Dumanlı hava BU TARİXƏDƏK davam edəcək
177914
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.