Goranboy rayonunun Gülüstan kəndi və Gülüstan qalasının videogörüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, uzun müddət işğal altında qalan Gülüstan qalasının ətrafında Ermənistan silahlı qüvvələri xeyli sayda müxtəlif təyinatlı minalar basdırıb.
Gülüstan kəndi ərazisində hələ də tank və piyada əleyhinə mina təhlükəsi mövcuddur.
Birinci Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi xarabalıqlar içindədir və orada əhali yaşamır. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media