Qoç - önəmli görüşlərdə diqqətli olun. Birgə işə və ya layihəyə başlamaq istədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaradın. Peşəkar fəaliyyət sahəsində uğur qazana bilərsiniz. İşgüzar məziyyətlərinizi nümayiş etdirmək üçün imkan tapın.
İşdə rəhbərlik bunu görəcək. Səylərinizi yaxın zamanlarda dəyərləndirəcəklər. Sənədlər imzalamaq, anlaşma və sövdələşmələrə başlamaq olar.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki harmoniya pozula bilər. Münaqişənin qarşısını təmkinli davranış və ağıllı qərarlar ala bilər. Kimsənin xətrinə dəyməyin. Fikir ayrılıqları yaranarsa, onu münaqişəyə çevirməyin.
Buğa - ciddi məsələlərin müzakirəsi üçün yaxşı zamandır. Ətrafınızdakı insanların mövqelərini anlamağa çalışın, onların mövqelərinə sayğı bəsləyin. Sizinlə razı olmayan insanlarla da ümumi dil tapmağa can atın. Kommersiya və biznes fəaliyyətinizdə gözlənilməz təkliflər ala bilərsiniz. Sərfəli anlaşma və ya sövdələşməyə nail olmaq şansı yaranıb.
Qiymətli hədiyyə ala bilərsiniz.
Alış-veriş üçün pis gün deyil. İmic və interyer dizaynı müstəvilərində eksperimentlər apara bilərsiniz.
Axşam saatları romantik ünsiyyət üçün yaxşı vaxtdır.
Əkizlər - nüfuz və mövqelərinizi qoruyun. Bədxahlar, paxıllar və yə rəqiblər haqqınızda çirkin şayiə yaya bilərlər. Nüfuzlu şəxslərdən biri şayiəyə inana bilər.
Günün ilk yarısında istənilən, hətta ən kiçik işə diqqətlə, ciddi yanaşın. Səhvə yol versəniz, fəsadların aradan qaldırılması böyük səylər və çox vaxt tələb edəcək.
Maliyyə itkiləri istisna deyil. Planlarınızı reallaşdırmaq üçün yetərincə vəsait yoxdur.
Evdə problemlər ola bilər. Ailə üzvləri ilə anlaşılmazlıqların ciddiləşməsinə imkan verməyin. Ünvanınıza yönəlmiş istənilən tənqidi olduğundan artıq şişirtməyin. Ən kiçik zarafata da inciməyin.
Xərçəng - lider məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanları ruhlandırın, onları arxanızca aparın. Hətta ən cəsur ideyalarınız dəstək alacaq. Yeni müttəfiqlər və tərəfdaşlar tapa bilərsiniz. ilk baxışdan həlli mümkünsüz problemi qeyri-standart variasiya ilə çözün.
Münasibətlərdə harmoniyaya nail olmağa çalışın.
Bilik və təcrübənizdən işgüzar danışıqlarda yararlanın. Alış-veriş üçün əlverişli gündür. Yaradıcılıq potensialının səviyyəsi az deyil.
Axşam saatlarında aktiv istirahətə üstünlük verin.
Şir - dəvət aldığınız yerə yollanmaq üçün pis gün deyil. İş çətin olsa da, onu yarımçıq qoymayın, bitirin. Peşəkar fəaliyyətinizlə bağlı məsələləri qeyri-formal şəraitdə həll etmək olar.
Sizi çoxdan narahat edən suallara cavab arayın. Faydalı tanışlıqlar yaratmağa çalışın. Xarici görünüşünzə xüsusi diqqət yetirin.
Günün ikinci yarısında sizi perspektivli tanışlıq gözləyir. Yaxınlarınızdan və ya ailə üzvlərindən biri ilə bağlı yaxşı xəbər alacaqsınız.
Qız - çətin, həllini təcili tələb edən problemlərin öhdəsindən gəlməyə çalışın. İstənilən situasiyadan çıxış yolu tapa bilərsiniz. Müstəqil iş üçün əlverişli zamandır. Birgə iş və ya layihə yetərincə usandırıcı, darıxdırıcı ola bilər. Sizə yardım etmək istəyən insanlarla ümumi dil tapın.
Günün ortalarında sizi əsla sevməyən insanla xoşagəlməz söhbət ola bilər.
Günün ikinci yarısı işgüzar səfər və ya kiçik əyləncələr üçün əlverişlidir. Ailəvi istirahət üçün gərəkli olan işləri görün.
Yaxınlarınızla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Tərəzi - ünsiyyət üçün yaxşı gündür. İşgüzar və fərdi görüşlərdə qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Diskussiyalarda mövqeyinizi müdafiə edin. uzun müddətdən bəri opponentlərinizin düşərgəsində olan insanı belə, fikrindən döndərmək üçün gərəkli sənədləri və ya dəlilləri tapın.
Xoş tanışlıqlar ola bilər. Lakin onlar ciddi münasibətlərə çevrilməyəcəklər. Təmaslar səthi səciyyəlidir.
Dəvət aldığınız yerə getmək üçün axşam saatları əlverişli zamandır. Zövqlə geyinin, həssas və səliqəli davranın. Yeni geyim almaq olar.
Əqrəb - baş verənlərə rəğmən soyuqqanlı və təmkinli davranmağa çalışın. Emosiyaların əsiri olsanız, problemlərin sayı artacaq. Maqnit dəmiri cəlb edən təki çətinlikləri özünüzə çəkməyin.
Günün ikinci yarısında xüsusilə diqqətli olun. Düşünülməmiş addımlar atmayın. Karyeranızın inkişafının asılı olduğu insanla münasibətlərdə sayıq və diqqətli davranın.
Yaxınlarınızla təmaslarda səbrli, dözümlü olun. Kiminsə qəsdən, məqsədyönlü şəkildə sizi təbdən çıxarmağa çalışdığını düşünməyin.
Qərəzli zarafatlar etməyin. Yeni tanışlıqlar və təmaslar üçün əlverişli gün deyil.
Oxatan - peşəkar fəaliyyət sahəsində təşəbbüslər üçün yaxşı gündür. Ən cəsarətli, orijinal ideyalarınızı müzakirəyə çıxarmaqdan çəkinməyin. Həmin ideyaların bəziləri nəzərdən keçiriləndən sonra reallaşdırıla bilər.
İşgüzar səfər, uzaqda olan tərəfdaş və ya şəriklərlə danışıqlar üçün əlverişli zamandır.
Qarşınıza qoyduğunuz məqsədə çatın. Çətin olsa da, inadkar və qətiyyətli olun. Belədə yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz.
Sevimli insanla ünsiyyətdə etiraflar yolveriləndir. Romantik saatlar yaşaya bilərsiniz.
Oğlaq - diqqəti cəmləşdirmək çətin olsa da, bunun öhdəsindən gəlin. Detallara və təfərrüatlara xüsusi diqqət tələb edən, amma o qədər də maraqlı olmayan işdən usanmayın. Təxribatlara uymayın. Yalnız etimada layiq insanlara inanın.
Əks təqdirdə manipulyasiya toruna düşərək kiminsə əlində oyuncağa çevrilə bilərsiniz. Tələsik qərarlar verməyin, maliyyə məsələlərində ehtiyatlı olun.
Günün ikinci yarısında məişət texnikası, kompüter, smartfon və s. almağa dəyməz. Alışlar uğurlu olmayacaq.
Axşam saatları gəzinti və dostlarla istirahət üçün əla zamandır.
Dolça - ünsiyyətdə və təmaslarda problemlər yarana bilər. İndiyədək əla münasibətlərinizin olduğu insanlarla belə, dil tapmaq çətinləşir. Peşəkar fəaliyyət sahəsində problemlər yaranır. Dost və ya tərəfdaşın köməyi ilə problemləri dəf edə bilərsiniz. Sadəcə, bütün bunlar vaxt və səylər tələb edir.
Pul və ya mühüm sənəd itkisi riski var.
Emosiyaların əsiri olmayın. Hisslərinizə hakim olun. Yaxın perspektivlə bağlı planlarınızı dəqiqləşdirin, niyyətlərinizi konkretləşdirin. Bir sıra məsələlər sadələşə bilər. Ən kritik durumlarda soyuqqanlı qalmağı bacaran insanın məsləhətlərinə qulaq asın.
Balıqlar - xırda işlərə və detallara ifrat diqqət yetirərək əsas məsələni nəzərdən qaçırmayın. Köhnə dost və ya yaşlı qohumun məsləhətlərinə qulaq assanız, ciddi səhvlərlə yanlışlıqlardan qurtula bilərsiniz. Sizə səmimi rəğbət bəsləyən insanlar çətin şəraitdə kömək edəcəklər.
Alış-verişdə bədxərclik etməyin. Aldığınız əşyalardan birini itiər bilərsiniz. Sevdiyiniz insanla münasibətlər xoş olacaq.
Günün ikinci yarısında maraqlı tanışlıqlar istisna deyil.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:50 / 14.04.2021
Bürclər bu günə nə vəd edir?
Hazırda oxunan: Bürclər bu günə nə vəd edir?
Hazırda oxunan: Bürclər bu günə nə vəd edir?
17780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.