6-7 Fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsi, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı, Milli İnsan Haqları İnstitutlarının Qlobal Alyansı, BMT-nin İnkişaf Proqramı Ofisi (UNDP), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və Ərəb Dövlətləri Liqasının birgə təşkilatçılığı ilə beynəlxalq insan haqları konfransı keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə konfransda iştirak edən Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı məlumat verib.
F.Şahbazlı bildirib ki, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Jassim Əl Thaninin himayəsi ilə baş tutan konfrans “Qida Hüququ: İnsan Haqları Prizmasından” (Food Justice From a Human Rights Perspective) mövzusunda keçirilib.
Beynəlxalq konsfransda dünyanın dörd bir yanından hüquq müdafiəçiləri, dövlət və hökumət rəsmiləri, media nümayəndələri və beynəlxalq təşkilatların rəsmiləri iştirak ediblər.
Konfranda çıxış edən Qətər Milli İnsan Haqları Komitəsinin prezidenti Məryəm bint Abdullah Al Attiya konfrans iştirakçılarını salamlayaraq, dünyada insan haqlarının müdafiəsi sahəsində birgə fəaliyyətin zəruriliyinə diqqət çəkib, qlobal ərzaq böhranının müzakirəsinə və qida ədalətinə həsr olunmuş bu konfransın əsas amalının dünyadakı bütün insanlara layiqli həyat təmin etmək olduğunu bildirib.
Baş redaktor bildirib ki, konfransda çıxış edənlər dünyadakı qida təhlükəsizliyi məsələsinə diqqət çəkərək, beynəlxalq təşkilatların və dövlətlərin bu sahədə əməkdaşlığının zəruriliyini vacib sayıblar.
Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan bin Hassan Al Camali milli insan haqları institutlarının Qətərdə bir araya gəlmələrini önəmli hadisə olaraq, xarakterizə edib və konfrans çərçivəsində aparılan müzakirələrin və alınan qərarların yaxın gələcək üçün faydalı olacağını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:23 / 10.02.2024
Dohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib - FOTO
Hazırda oxunan: Dohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib - FOTO
Hazırda oxunan: Dohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib - FOTO
177604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.