Naftalan şəhərində pandemiya qaydalarını pozaraq mərasim keçirənlər cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər ərazisində nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Polis ad günü keçirənləri cərimələdi - FOTO
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.
Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Bizim.Media